Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AFB Bank-da yeni təyinat - FinFly

Rəqəmsal bankçılıq sahəsində təcrübəsi və uğurlu nailiyyətləri ilə tanınan Şeyxaliyeva Ləman AFB Bankın Rəqəmsal Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bankın yaydığı məlumatda bildirilir ki, Ləman Şeyxaliyeva bank sektorundakı fəaliyyətinə 2012-ci ildə Unibankda başlayaraq, rəqəmsal sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, müştəri təcrübəsinin inkişafı və innovativ rəqəmsal məhsulların hazırlanması istiqamətində geniş təcrübəyə malikdir.

"2019–2024-cü illərdə ABB Bankda Rəqəmsal Kanallar sahəsində məhsul rəhbəri olaraq, müştəri yönümlü layihələrin uğurla həyata keçirilməsinə rəhbərlik etmişdir. Onun bu sahədə qazandığı təcrübə və bacarıqları AFB Bankın rəqəmsal transformasiyasına yeni bir nəfəs gətirəcək.

AFB Bank olaraq, Ləman Şeyxaliyevaya yeni vəzifəsində uğurlar arzulayır və onun rəhbərliyi altında rəqəmsal bankçılıq sahəsində müştərilərə daha innovativ və effektiv həllər təqdim ediləcəyinə inanırıq", -məlumatda bildirilir.