
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci sənaye parkıdır.
FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Sənaye Parkında sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanışlıq zamanı bildirib.
"Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan "Mister Decor", rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan "Rail Trans Service", orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan "Eel Electric" və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub", - nazir qeyd edib.
Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb və 190 hektar ərazini əhatə edir.
Son xəbərlər
-
23 May, 2025
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb...
-
23 May, 2025
May ayının pensiyaları ödənilib...
-
23 May, 2025
Sabahın hava proqnozu açıqlanıb...