02 Apr, 2026 12:23
Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 86,5 faizi, tikinti-quraşdırma işlərinin 42,6 faizi yerinə yetirilib.
Bu barədə FinFly "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat əldə edib.
Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.
Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) inşası nəzərdə tutulur. Bu 3 stansiya bu xətt ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək.
Bu layihə ilə 123 ədəd mühəndis qurğusu, 28 kilometr rabitə və işarəetmə sistemi yaradılacaq.
Son xəbərlər
-
02 Apr, 2026
Avropada qazın qiymətləri bahalaşıb...
-
02 Apr, 2026
Dünya birjalarında neftin qiyməti bahalaşıb...
