18 Iyl, 2025 11:07
Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıb.
FinFly xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
Təsdiqlənmə prosesinin yaxın saatlarda başa çatacağı və sanksiyaların rəsmi şəkildə qüvvəyə minəcəyi gözlənilir.
Pakətə neft daşıyan Rusiya gəmilərinə qarşı məhdudiyyətlər, bir sıra banklara qarşı tədbirlər, fiziki və hüquqi şəxsləri əhatə edən “qara siyahı”nın genişləndirilməsi, həmçinin ikiqat təyinatlı malların və texnologiyaların ixracına qadağa daxildir.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
