
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir.
FinFly xəbər verir ki, bu barədə "Bloomber" öz mənbələrinə istinadən məlumat yayıb.
"Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir", - məlumatda deyilir.
Mənbələr bildiriblər ki, Avropa Komissiyası bu tədbirlərlə bağlı Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələr aparır.
Onların sözlərinə görə, mümkün məhdudiyyətlərin vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Aİ sanksiyaları bütün üzv dövlətlərin təsdiqini tələb edir və rəsmi təklif edilənə və qəbul edilənə qədər dəyişdirilə bilərlər.
Son xəbərlər
-
24 May, 2025
Sabah Bakıda hava isti olacaq...
-
24 May, 2025
Azər-Türk-Bank kreditlər üzrə faizləri artırıb...
-
24 May, 2025
Azərbaycan nefti bahalaşıb...
-
24 May, 2025
Azərbaycanda nə qədər pul dövriyyədədir?...