Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AİB 2024-cü ildə Azərbaycana nə qədər vəsait ayırıb? - FinFly

Asiya İnkişaf Bankı (ADB) ötən il Azərbaycana 626 milyon dollar vəsait ayırıb.

Bu barədə FinFly ADB-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 223,3 milyon dollarlıq hissəsi birbaşa ayrılan kreditlərdir.

"Bu kreditlərin isə 131.5 milyon dolları suveren kreditlərdir. Bu kredit Azərbaycanda dəmiryollarının inkişafı layihəsinə ayrılıb", - deyə, məlumatda qeyd olunur.

Dövlət zəmanəti olmayan qeyri-suveren kreditlərin həcmi isə ötən il ümumilikdə 91.6 milyon dollara bərabər olub. ADB ötən il Veysəloğlu Müasir Pərakəndə Şəbəkəsinin genişləndirilməsinə 10 milyon dollar, Biləsuvar Günəş Elektrik Stansiyası üzrə 48.1 milyon dollar, Neftçalada günəş eletrik stansiyası üzrə 33,5 milyon dollar kredit ayırıb. Bank Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramına isə 0,2 milyon dollar vəsait ayırıb.