Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
AİB Azərbaycanda infrastrukturun iqlim dayanıqlılığının artırılması üçün layihələr hazırlayacaq - FinFly

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlim dayanıqlığının artırılmasına hədəflənmiş layihələr hazırlayacaq.

FinFly xəbər verir ki, bu haqda AİB-in Azərbaycanla 2025-2029-cu illər üzrə Tərəfdaşlıq Strategiyasında qeyd olunur.

"Azərbaycan sabit iqtisadi artıma zərbə vura biləcək təbiətlə bağlı çoxsaylı təhdidlərlə üz-üzədir. Su resurslarının qıtlığı kənd təsərrüfatı istehsalına, məşğulluğa, su təchizatına və su elektrik enerjisinin əldə olunmasına ciddi təhdid yaradır. Buzlaqların əriməsi güclü daşqınlara, torpaqların deqredasiyasına və infrastrukturun, məsələn, su anblarlarının zədələnməsinə gətirib çıxara bilər. Bu riskləri azaltmaqdan ötrü infrastrukturun iqlim dayanıqlılığını artırmaq, ekosistemləri və həssas icmaları qorumaq məqsədilə AİB iqlim təhdidlərinin və təbii fəlakət risklərinin hərtərəfli təhlili əsasında layihələr hazırlayacaq. İqlim dəyişikliyinə uyğunlaşma və fəlakət risklərinin idarə edilməsinin gücləndirilməsi tədbirləri bu Tərəfdaşlıq Strategiyasının ayrılmaz hissəsidir", – sənəddə qeyd olunur.

AİB Azərbaycanın zəngin təbii ehtiyatlara və müxtəlif iqlim zonalarına malik olduğunu qeyd edir. Ölkə dünya üzrə istixana qazı emissiyalarının cəmi 0,1 faizini təşkil etsə də, səhralaşma, artan su çatışmazlığı və dəniz səviyyəsinin enməsi kimi iqlim dəyişikliyinin ciddi nəticələri ilə üz-üzədir.

"Bu çağırışlara cavab olaraq, Azərbaycan hökuməti 2024-cü ildə iqlim dəyişikliyinə uyğunlaşma üzrə milli fəaliyyət planı hazırlayıb və 2025-ci ildə yenilənmiş milli səviyyədə müəyyən edilmiş töhfələr elan ediləcək. Azərbaycan ümumi quraşdırılmış enerji gücündə, o cümlədən, ixrac üçün, bərpa olunan enerji mənbələrinin payını artırmaq üzərində fəal işləyir və bu prosesdə özəl investorların əhəmiyyətli iştirakı nəzərdə tutulur.

Həmçinin, aşağı karbonlu regional nəqliyyat və logistika şəbəkələrinə yatırımlar vasitəsilə gəlirlərin şaxələndirilməsi planlaşdırılır. Məqsədlərdən biri də xüsusən zəif inkişaf etmiş regionlarda peşə bacarıqlarının inkişafı, iqlimə davamlı infrastrukturun yaradılması, yüksək əlavə dəyərə malik kənd təsərrüfatı məhsullarının becərilməsi və kiçik və orta biznesin (KOB) dəstəklənməsi proqramları vasitəsilə məhsuldarlığın artırılmasıdır. Məcburi köçkünlərin köçürülməsinə dəstək də hökumətin prioritetlərinə daxildir", – deyə strategiyada vurğulanır.