Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AİB-ın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi açıqlanıb - FinFly

Ötən il Asiya İnkişaf Bankının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 21,44 milyon ABŞ dolları təşkil edib.

Bu barədə FinFly Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Hesabat ilində Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Asiya İnkişaf Bankından yatırılan investisiyaların payı 0,3 faiz təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83 faiz artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3 faiz azdır.