
05 May, 2025 16:36
Fransanın Air France aviaşirkəti Pakistan üzərindən uçuşları dayandırdığını açıqlayıb.
FinFly xəbər verir ki, bu barədə şirkətin bəyanatına istinadən Reuters məlumat yayıb.
“Aviaşirkət Pakistan üzərindən növbəti xəbərdarlığa qədər uçuşları dayandırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Mətndə Hindistan və Pakistan arasında "son gərginliklər" də qeyd olunur.
Bundan əlavə, Almaniyanın Lufthansa Group aviaşirkəti bildirib ki, “uçuşlar Pakistanın hava məkanından yayınacaq”.
Son xəbərlər
-
05 May, 2025
Tramp Ərdoğanı ABŞ-yə dəvət edib...