Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Aktivlərinin həcminə görə Azərbaycan banklarının renkinqi - FinFly

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar içərisində aktivlərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.

FinFly bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bankın aktivlərinin həcmi 14,047 milyard manat təşkil edib.

İkinci sırada 12,714 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 8,967 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.

Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 123,768 milyon manat təşkil edib.

BanklarAktivlər (min manat)
ABB14 047 022,56
Kapital Bank12 714 118,00
PAŞA Bank8 967 300,00
Xalq Bank3 440 521,92
Bank Respublika2 658 381,91
AzərTürkBank1 918 414,00
UniBank1 812 288,91
Access Bank1 601 917,00
YeloBank1 323 684,23
RabitəBank1 187 981,58
ZiraatBank1 068 531,61
Bank of Baku1 044 950,85
Turan Bank947 969,00
Azərbaycan Sənaye Bankı814 842,77
Premium Bank648 199,00
ExpressBank614 016,00
YapiKrediBank591 908,39
BTB Bank364 211,00
VTB Bank337 037,00
AFB Bank311 822,80
Avrasiya Bank195 235,50
Bank Melli İran123 768,11