Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Albaniya TAP ilə təbii qaz tədarükünə əlverişli mövqedədir - FinFly

Albaniya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə təbii qaz tədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişli mövqedədir.

FinFly xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

Onun sözlərinə görə, bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrik enerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçinin ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və sərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihə üzrə işləmək qərarına gəlmişik.

"Birincisi, "Vlora" İstilik Elektrik Stansiyasının yenidən canlandırılması və onun TAP çıxış nöqtəsinə və mayeləşdirilmiş təbii qaz (LNG) üzən terminalına birləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icra olunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olan Korça şəhərinin qazlaşdırılmasıdır", - deyə qeyd edib.