Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
AMB BOKT-lara məcburi göstəriş verib - FinFly

Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko” ASC bank olmayan kredit təşkilatına (BOKT) və “Sevinc Kredit İttifaqı"na icrası məcburi göstəriş verib.

FinFly bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib. Odur ki, qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

“Sevinc Kredit İttifaqı" da bu ilin I rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib. “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.