Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının 2024-cü il üzrə icra vəziyyəti barədə hesabat MDM-in Müşahidə Şurası və İdarə Heyəti tərəfindən Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə təqdim edilib.
FinFly MDM-ə istinadən xəbər verir ki, hesabatda strategiyada müəyyən olunmuş hədəflərə nail olmaq üçün 2024-cü il üzrə icra edilən fəaliyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin gecikmədə olan fəaliyyətlər və onların icra edilməsi ilə bağlı atılacaq növbəti addımlar Mərkəzi Bankın rəhbərliyinin diqqətinə çatdırılıb.
AMB-nin rəhbərliyi hesabatın icra statusunu məqbul hesab edərək, strateji təşəbbüslərin həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini verib və qeydlərini bildirib.
Mərkəzi Bankın rəhbərliyi tərəfindən MDM-in İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusunun qısa zaman ərzində ictimaiyyətə kommunikasiya edilməsi tövsiyə olunub.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
