Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır - FinFly

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini dəyərləndirir.

FinFly AMB-yə istinadən xəbər verir ki, bunu qurumun ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin direktoru Kəmalə Qurbanova Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilmiş "Kollektiv güc: dəyişən dünyada dayanıqlılıq və inkişaf" adlı beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.

O, dəyişən qlobal şəraitdə birgə fəaliyyətin vacibliyini, ölkələrarası ödəniş əlaqələrinin formalaşdırılmasında daxili ödəniş infrastrukturunun rolunu, eləcə də beynəlxalq standartların tətbiqinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda milli ödəniş infrastrukturunun modernizasiya mərhələsinin müvəffəqiyyətlə başa çatdığını və hazırkı dövrdə beynəlxalq inteqrasiya imkanlarının strateji prioritet olaraq nəzərə alındığını qeyd edib.

Departament direktoru ölkədə ani ödəniş sisteminin genişləndirilməsi üzrə görülən son işlər, o cümlədən qanunvericilik bazasının yenilənməsi və vahid QR standartının həyata keçirilməsi haqqında ətraflı məlumat verib.

"Central Banking"in təşkil etdiyi forum mərkəzi banklar arasında təcrübə paylaşımı, beynəlxalq ödənişlərin real vaxt rejimində həyata keçirilməsi və maliyyə inklüzivliyinin artırılması məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma funksiyasını yerinə yetirib.