
Antalyada keçirilən IV Diplomatiya Forumunda "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" başlıqlı panel başlanıb.
FinFly-ın xəbərinə görə, Azərbaycanın xarixi işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarixi işlər naziri Maka Botçorişvili və Ermənistan xarici işlər nazirli Arart Mirzoyanın iştirakı ilə keçirilən panel TRT World-ün əməkdaşı Auskar Surbaktinin moderatorluğu ilə baş tutur.
Tədbirdə Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri də daxil olmaqla son hadisələrdən sonra Cənubi Qafqaz sabitliyə nail olmaq üçün tarixi fürsətlə üzləşməsi, bu səylərdə Gürcüstanın regional əməkdaşlıqda artan rolu ilə birlikdə regionun gələcəyi üçün mühüm perspektivlər yaratması məsələləri müzakirə olunur.
Paneldə Cənubi Qafqazın dinamikası və regional əməkdaşlıq imkanları, maneələrlə bölünmüş dünyada davamlı, inklüziv inkişaf yollarının araşdırlması məsələlərinə də toxunulur.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...