
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərinə məxsus "First Abu Dhabi Bank"-da 340,34 milyon manat məbləğində qısamüddətli depozit yatırıb.
FinFly Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il qurumun Yaponiyanın “Mizuho Bank”ına yatırdığı qısamüddətli depozitin məbləği isə əvvəlki illə müqayisədə 20 faiz çox - 2,04 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə ARDNF-in müddətli depozitlərinin məbləği ötən il yanvarın 1-nə nisbətən 162,65 dəfə az - 11,69 milyon manat təşkil edib. Kəskin azalma Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 893,143 milyon məbləğində depozitin müddətinin başa çatması ilə bağlıdır. 2024-cü ilin sonuna depozit məbləğinin 512 min manatını yığılmış faizlər təşkil edib.
Son xəbərlər
-
21 Iyl, 2025
Sabahdan peşə məktəblərinə qəbul başlayır...
-
21 Iyl, 2025
Azərbaycan gübrə ixracından qazancını artırıb...