
Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi sahəsindəki investisiyalarını genişləndirmək məqsədilə ABŞ-ın "Enfinity Global Inc." şirkətinin aktivlərində 49 faizlik pay alacaq.
FinFly xəbər verir ki, sövdələşməyə əsasən, ARDNF "Enfinity"yə məxsus 402 meqavatlıq portfelin 49 faizini əldə edəcək. Bu portfelə İtaliyanın "Latsio" və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası (həm istismarda olan, həm də inşası davam edən layihələr) daxildir.
Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. "Enfinity" şirkəti isə nəzarət payını saxlayacaq.
"Bu investisiya İtaliyada yeni layihələrin inkişafını maliyyələşdirməyə imkan verəcək, - "Enfinity"nin baş direktoru Karlos Domeneç bu sövdələşmə ilə bağlı keçirilən tədbirdə bildirib. - Bərpa olunan enerji bazarında hələ də böyük inkişaf potensialı var".
Hazırda ARDNF-ın infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivlər daxil olmaqla 60 milyard ABŞ dollarlıq investisiya portfeli mövcuddur.
"Bu, İtaliyada və daha geniş Avropada bərpa olunan enerji sahəsində mövcudluğumuzu genişləndirmək üçün atılan ilk addımdır", - deyə ARDNF-ın icraçı direktoru İsrafil Məmmədov vurğulayıb.
Son xəbərlər
-
18 Iyl, 2025
ARDNF İtaliyada şirkətində 49 faizlıq pay alır...
-
18 Iyl, 2025
Azərbaycan buğda idxalını artırıb...