Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır - FinFly

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "Bakı Metropoliteni" QSC-yə kredit ayırmağı nəzərdə tutur.

FinFly bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, metronun genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır. Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə AİİB-in kredit ayırması nəzərdə tutulub.

Ayrılacaq vəsaitin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə və bir sıra xidmətlərə sərf ediləcək. Qanunvericiliyin tələbinə uyğun olaraq, bununla əlaqədar beynəlxalq açıq tender üsulu ilə qalib müəyyən ediləcək və müvafiq müqavilə imzalanacaq.