
Astara sərhəd-keçid məntəqəsi İran və Azərbaycan arasında həm dəniz, həm yol, həm də dəmiryolu ilə əlaqəsi olan yeganə məntəqə kimi böyük əhəmiyyət kəsb edir.
FinFly xəbər verir ki, bunu İranın şimalında yerləşən Gilan vilayətinin valisi Hadi Haqşünas İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu ilə görüşdə deyib.
Onun sözlərinə görə, təkcə ötən ildə (20 mart 2024 -20 mart 2025) Astara sərhəd-keçid məntəqəsindən 2 milyondan çox yük maşını keçib və orta hesabla gündəlik 500 yük maşınının keçdiyi qeydə alınıb.
Gilan valisi deyib ki, İran və Azərbaycan arasında əlaqələr və əməkdaşlığın iqtisadi, mədəniyyət və tranzit sahəsində effektiv şəkildə artacağı gözlənilir.
Görüşdə İranın Azərbaycandakı yeni səfiri Muctaba Dəmirçilu da bildirib ki, Gilan vilayəti və Azərbaycan arasında iqtisadi əlaqələrin sadələşməsi və tranzit layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanılacaq.
Qeyd edək ki, İran gələn 2-3 il ərzində Astara sərhəd-keçid məntəqəsi vasitəsilə yükdaşımanı ciddi şəkildə artırmağı hədəfləyib.