
Avropa Komissiyası (AK) texnologiya nəhəngləri Apple və Meta şirkətlərini antiinhisar qanunlarını pozduqlarına görə müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələmək qərarına gəlib.
FinFly xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.
"Bu gün Avropa Komissiyası Apple-ın Rəqəmsal Bazarlar Aktı (DMA) və Meta-nın istehlakçılara şəxsi məlumatlarından daha az istifadə edən xidmət seçimi ilə təmin etmək üçün DMA-ya uyğun öhdəliyini pozduğunu müəyyən edib. Buna görə də Komissiya Apple və Meta-nı müvafiq olaraq 500 milyon avro və 200 milyon avro cərimələyib", - bəyanatda deyilir.
Bu qərarların aidiyyəti şirkətlərlə geniş dialoqdan sonra qəbul edildiyi vurğulanır ki, bu da onlara öz fikirlərini və arqumentlərini ətraflı şəkildə təqdim etməyə imkan verib.
Son xəbərlər
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...