Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Avropa Yenidənqurma və İnkişaf Bankına yeni vitse-prezident təyin edildi - FinFly

Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) yeni vitse-prezident təyin olunub.

FinFly bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, Fatoumata Bouare Bankın yeni vitse-prezidenti, baş risk inzibatçısı vəzifəsinə təyin edib. Yeni vəzifəsində xanım Bouare Risk İdarəetməsi, Ətraf Mühit və Davamlılıq, Biznes Dayanıqlığı və Satınalma Siyasəti və Məsləhət departamentlərinə rəhbərlik edəcək, həmçinin Bankın İcraiyyə Komitəsinin üzvü olacaq. O, yeni vəzifəsinin icrasına bu il mayın 1-dən etibarən başlayacaq.

Bouare son 7 ildə Niderlandın sahibkarlığın inkişafına dəstək verən bankı FMO-da çalışaraq risk departamentlərini gücləndirib, rəqəmsallaşma və təsir hesabatlılığında yeniliklərə imza atıb və əhəmiyyətli artım dövründə maliyyə sabitliyini təmin edib. Bundan əvvəl, xanım Bouare Bank of Africa-da Risk İdarəetmə Direktoru kimi fəaliyyət göstərib və bankın qrup səviyyəsində, eləcə də onun 18 filialında risklərin idarə edilməsinə nəzarət edib.

Xatırladaq ki, Fatoumata Bouare EBRD-nin ən yeni üzv ölkəsi olan Kotdiuvarın vətəndaşıdır.