
28 Iyl, 2025 14:50
Avropa İttifaqı (Aİ) və ABŞ arasında ticarət sazişi Avropanın avtomobil sənayesinə əlavə olaraq təxminən 4,7 milyard dollar qazandıracaq.
FinFly verir ki, bu qiymətləndirməni "Bloomberg" agentliyi açıqlayıb.
Apreldə ABŞ Prezidenti Donald Tramp avtomobil idxalına rüsumu 25 faiz bəndi artırmışdı. Brüsselin Vaşinqtonla yeni sövdələşməsi tarif dərəcəsinin 15 faizə endirilməsini nəzərdə tutur.
Bununla belə, Avropa şirkətləri yeni ticarət rejiminə uyğunlaşmalı olacaqlar, çünki Tramp rüsumları artırmazdan əvvəl göstərici 2,5 faiz səviyyəsində idi. Avtomobil istehsalçıları seçim etməli, yəni ya qiymətləri artırmalı, ya da istehsalın bir hissəsini ABŞ-yə köçürməli olacaqlar.
Son xəbərlər
-
28 Iyl, 2025
Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq...