01 Apr, 2025 16:41
Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
Trend Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə 11,6 milyon manat sığorta haqları, 4,7 milyon manat sığorta ödənişləri həyata keçirilib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqları üzrə 2,4 milyon manat və ya 26,4 faiz, sığorta ödənişləri üzrə isə 1,4 milyon manat və ya 41 faiz artım deməkdir.
2024-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 9,2 milyon manat sığorta haqqı, 3,3 milyon manat isə sığorta ödənişi icra olunmuşdu.
Azərbaycanda 16 sığorta şirkəti fəaliyyət göstərir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
