Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
AYİB 2026-cı il üçün Azərbaycanın iqtisadi artımını proqnozlaşdırıb - FinFly

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBDR) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacağını proqnozlaşdırır.

FinFly xəbər verir ki, bu proqnoz bankın sentyabr ayına olan "Regional iqtisadi perspektivlər" icmalında yer alıb.

Azərbaycanda 2025-ci il üçün ÜDM-in artım göstəricisi may proqnozu ilə müqayisədə 1 faiz bəndi aşağı salınıb, 2026-cı il üçün proqnoz isə dəyişməz qalıb.

"Azərbaycanda iqtisadi artım 2024-cü ildəki 4,1 faizdən 2025-ci ilin birinci yarısında illik 1,5 faizə qədər yavaşlayıb, belə ki, karbohidrogen hasilatı sektorunda azalma 3,1 faiz təşkil edib, qeyri-neft sektorunda isə fəallıq tikinti, ticarət və turizmin hesabına 3,8 faiz artıb", - icmalda qeyd olunur.

EBDR vurğulayır ki, 2025-ci ildə real ÜDM-in 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacağı proqnozlaşdırılır, bu da qeyri-neft sektorundakı fəallıq və onun neft sektorundakı daha zəif göstəriciləri kompensasiya etməsi ilə əlaqədardır. "Enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. ÜDM-in artım potensialı Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlıdır ki, bu da yeni ticarət marşrutlarının açılmasına səbəb ola və investorların etimadını artıra bilər", - hesabatda qeyd olunur.

Şərqi Avropa və Qafqazda artım 2023-cü ildəki 4,7 faizdən 2024-cü ildə 3,9 faizə və 2025-ci ilin birinci yarısında 2 faizə qədər yavaşlayıb, belə ki, vasitəçi ticarətdən və Qafqaz iqtisadiyyatına işçi qüvvəsi və kapital axınından irəli gələn təkan zəifləyib. Regionda orta illik artımın 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 4,4 faizə qədər sürətlənəcəyi gözlənilir.