Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan 2024-cü ildə nə qədər neft ixrac edib? - FinFly

Ötən il Azərbaycanın neft ixracı 24,4 milyon ton, qaz ixracı isə 25,5 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 2,3 faiz az və 7,0 faiz çoxdur.

FinFly bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 7,5 milyon ton neft və 7,7 milyard kubmetr qaz hasil edilib ki, bunun da 1,2 milyon tonu neft və 2,8 milyard kubmetri təbii qaz ixrac edilib.

İxrac olunan neftin bütün həcmi Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib. Neft və qaz ixracından əldə olunan gəlir 1,3 milyard ABŞ dolları təşkil edib.