Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "BMC Helix" (İT xidmət və əməliyyatların idarə olunması) və "500 Global" (vençur fondu) şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
FinFly nazirliyə istinadən xəbər verir ki, görüşlər Samir Məmmədovun Küveytdə Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirakı çərçivəsində baş tutub.
Bildirilib ki, Baş Assambleya çərçivəsində süni intellektə dair dəyirmi masa müzakirələrində çıxış edən Samir Məmmədov Azərbaycanda süni intellekt sahəsində həyata keçirilən tədbir və layihələrdən danışıb. O, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycanın Süni İntellekt Strategiyası 2025 – 2028", Rəqəmsal İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində S. Məmmədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Deemah Al Yahya ilə görüş keçirib, Azərbaycanın rəqəmsal siyasəti və ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Məmmədovun Mərakeş, Pakistan, Keniya, Nigeriya və Omanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşləri olub. Əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
-
06 Fvr, 2026
Fransa Qrenlandiyada baş konsulluq açıb...
-
05 Fvr, 2026
H&M Azərbaycanda ilk mağazasını açır...
-
04 Fvr, 2026
Bakıya qar yağacaq, yollar buz bağlayacaq...
-
04 Fvr, 2026
ABB "BTB”ni alır...
