31 Iyl, 2025 20:08
Azərbaycan ilə ABŞ arasında Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri müzakirə edilib.
FinFly xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdik. Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik. Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
