Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan Avropanın və digər regionların enerji təhlükəsizliyində rolunu gücləndirməyə hazırdır - Rövşən Nəcəf - FinFly

Azərbaycan təkcə Avropada deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu prosesdə iştirakını genişləndirməyə hazırdır.

FinFly xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf XVI "Kazenergy" Avrasiya Forumunda "Yeni enerji nizamı: fövqəl olmayan dövlətlərə önəm" mövzusunda çıxışı zamanı bildirib.

"Hazırda Azərbaycan təkcə Avropada deyil, həm də daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Avqust ayında Suriyaya qaz tədarükünə başladıq və altı ay əvvəl bu haqda nəsə soruşsaydılar, planımızda olmadığını deyərdik. Biz daha böyük regionda enerji təhlükəsizliyinin təmin edilməsində rol oynamağa hazırıq. Bunun üçün kifayət qədər ehtiyatlarımız var", - R.Nəcəf qeyd edib.

O bildirib ki, SOCAR 2022-ci ildən Avropa tərəfdaşlarının xahişi ilə böhran anında Avropaya qaz ixracını təxminən 60 % artırıb.