Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir - FinFly

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə neft məhsullarının daşınmasını nəzərdən keçirir.

FinFly xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində mövcud infrastrukturu ölkəni həm xam neftin, həm də neft məhsullarının istehsalı və tədarükündə regionun əsas oyunçularından birinə çevirib.

"Azərbaycan Dəmir Yolları” bu baxımdan mühüm rola malikdir. Son illərdə şirkət məhsulların Azərbaycandan daşınması və ölkə üzərindən tranziti ilə bağlı əhəmiyyətli təşəbbüslər həyata keçirib", - deyə, şərh edib.

Məmmədov qeyd edib ki, BTQ dəmir yolu hazırda əsasən digər yüklərin daşınmasında istifadə olunsa da, neft məhsullarının bu marşrutla tədarükü də nəzərdən keçirilir.

"Doğrudur, hələlik BTQ vasitəsilə neft məhsulları daşınmır. Amma bu istiqamətdə imkanları qiymətləndiririk", - deyə, əlavə edib.