
02 Apr, 2025 11:51
Azərbaycanın bank sektoru 2025-ci ilin yanvar-fevral aylarında 179,4 milyon manat xalis mənfəət əldə edib.
FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz azdır.
2 ay ərzində bankların əməliyyat gəlirləri 1 milyard 57,7 milyon manat (16,1 faiz çox), əməliyyat xərcləri 773,7 milyon manat (28,9 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 61 milyon manat (11,7 faiz az), mənfəət vergisi ödəmələri isə 43,6 milyon manat (9,4 faiz az) təşkil edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...