04 Iyl, 2025 23:02
2025-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 22,745 milyon avro alqı-satqısı həyata keçirib.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,027 milyon avro və ya 18,1 faiz azalıb. Belə ki, 2024-cü ilin may ayı ərzində banklar 27,772 milyon avro alqı-satqısı həyata keçirmişdi.
Hesabat dövründə bankların avro alışının həcmi 11,906 milyon avro, satışının həcmi isə 10,839 milyon avro olub.
Avro alışı illik müqayisədə 973 min avro və ya 9 faiz artıb, satışı isə 6 milyon avro, yaxud da 35,6 faiz azalıb.
2024-cü ilin bəhs olunan dövründə banklar 10,933 milyon avro alış, 16,839 milyon avro satış həyata keçirmişdi.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
