Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan bankları biznes kreditləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər - FinFly

Azərbaycan bankları 2025-ci ildə ümumi biznes kreditləri, o cümlədən, MKOS subyektləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər.

FinFly bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin IV rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların risk iştahaları və maliyyələşmə dəyəri olub.

Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin IV rübündə MKOS və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə tələbdə artım müşahidə edilib. Respondentlər tərəfindən tələbə artırıcı təsir edən amilin biznes subyektləri üzrə dövriyyə kapitalına ehtiyacın olması bildirilib.

Banklardan gələn məlumatlara əsasən, dövriyyə kapitalı ehtiyaclarında artımın əsas səbəbi borcalanların bizneslərini genişləndirməsidir.

2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, KOS subyektləri üzrə kredit standartlarında sərtləşmə müşahidə edililib. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən mikro və iri sahibkarlıq subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, KOS subyektləri üzrə isə standartlarda sərtləşmənin davam edəcəyi qənaətindədirlər.

Banklar biznes kreditləri üzrə standartlarda dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.

Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyini göstərir.