Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan bankları ilin əvvəlindən hansı nəticələrə nail olublar? - FinFly

Bu ilin 1 may tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 311 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,7 faiz və ya 184 nəfər artaraq 25 939 nəfər təşkil edib.

FinFly Mərkəzi Banka istinadən xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 54,6 milyard manat, cəmi öhdəlikləri 47,6 milyard manat, balans kapitalı 6,981 milyard manat olub.

Hesabat ayında bankların kredit portfeli 0.8% və ya 219.4 milyon manat artaraq 28,096 milyard manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53,2 faiz (14.952 milyard manat);

ıı) istehlak kreditləri – 31,1 faiz (8,747 milyard manat)

ııı) ipoteka kreditləri – 15,7 faiz (4,396 milyard manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 1,7 faiz təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77,2 faizi və ya 36,747 milyard manat. Depozit portfelinin 60,4 faizi (22,199 milyard manat) hüquqi şəxslərin, 39,6 faizi (14,547 milyard manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 66,3 faizi (9,645 milyard manat) milli valyutada, 33.7 faizi (4,9 milyard manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62,8 faizi (9,135 milyard manat) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 1,4 faiz və ya 126.4 milyon manat artıb. 2025-ci ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2,3 faiz (3,599 yeni əmanətçi), ilin əvvəlindən isə 7,5 faiz (11,337 nəfər) artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 16,832 milyard manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75,8 faizini təşkil edib.

2025-ci ilin yanvar - aprel aylarında banklar 339.8 milyon manat xalis mənfəət, 564,4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.