Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan bankları ötən ay 58 mln manat ipoteka krediti verib - FinFly

2025-ci ilin aprel ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,396 milyard manat olub.

FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 58 milyon manat və ya 1,3 faiz çoxdur.

Belə ki, mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,338 milyard manat idi.

Qeyd edək ki, ötən ayın sonunda bankların kredit portfeli 28,096 milyard manat olub. Kredit portfelinin 53,2 faizi (14,952 milyard manat) biznes kreditlərinin, 31,1 faizi (8,747 milyard manat) istehlak kreditlərinin və 15,7 faizi (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.