
2025-ci ilin fevral ayının sonuna Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,544 milyard manat təşkil edib.
FinFly bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Mərkəzi Bankdan verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,467 milyard manat və ya 20,7 faiz çoxdur.
"Ötən ilin fevral ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 7,077 milyard manat idi", - deyə, AMB-də qeyd ediblər.
Cari ilin fevralın sonuna Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelində biznes kreditləri 14,777 milyard manat (53,5 faiz), istehlak kreditləri 8,544 milyon manat (31 faiz), ipoteka kreditləri 4,271 milyard manat (15,5 faiz) paya sahib olub.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...