
20250ci il Azərbaycan banklarında kredit risklərinin idarə edilməsi qaydasına və korporativ idarəetmə standartlarına yaşıl və dayanıqlılıqla əlaqəli kredit meyarlarının, ekoloji, sosial və idarəetmə (ESİ) üzrə risk idarə tələblərinin daxil edilməsi planlaşdırılır.
FinFly xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.
Sənədə əsasən, bu addım bankların verdikləri kreditlərdə ətraf mühit və sosial məsuliyyət meyarlarını nəzərə almalarını təmin edəcək.
"Eyni zamanda, ESİ Risk Radar layihəsinin həyata keçirilməsi ilə bu risklərin erkən aşkarlanması və monitorinqi sistemi qurulacaq", - deyə, məlumatda bildirilir.
AMB qeyd edib ki, fiziki iqlim risklərinin müəyyənləşdirilməsi planlaşdırılır və keçid risklərinin təsirinin öyrənilməsi üzrə məlumat boşluqlarının aradan qaldırılması məqsədilə Yol Xəritəsi hazırlanaraq icrasına başlanılacaq.
"Bu tədbirlər, maliyyə sektorunun iqlim və sosial risklərə qarşı daha dayanıqlı olmasını təmin edəcək və uzunmüddətli sabitliyi dəstəkləyəcək. İqlim dəyişmələrinin və ESİ faktorlarının AMB-nin requlyativ çərçivəsinə inteqrasiyası 2025-ci ilin mühüm fəaliyyət istiqamətlərindən biridir", - deyə, hesabatda qeyd olunub.
Son xəbərlər
-
30 Apr, 2025
AMB BOKT-lara məcburi göstəriş verib...