Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan banklarının cəmi öhdəliklərə görə renkinqi - FinFly

2024-cü ilin dördüncü rübünün nəticələrinə görə Azərbaycan Beynəlxalq Bankı banklar arasında məcmu öhdəliklərin həcminə görə birinci yerdə qərarləşıb.

FinFly bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə öhdəliklərin ümumi həcmi 11,5 milyard manat təşkil edib.

İkinci yeri 10,4 milyard manat məcmu öhdəlikləri ilə “Kapital Bank” tutub.

Üçüncü yerdə 7,3 milyard manat cəmi öhdəlikləri ilə PAŞA Bank, dördüncü yerdə XalqBank 2,5 milyard manat, ilk beşliyi isə Bank Respublika tamamlayır - 1,9 milyard manat.

İlk üç bankın öhdəliklərinin ümumi həcmi 29,336 milyard manat və ya Azərbaycanın 10 bankının cəmi öhdəliklərinin ümumi həcminin (40,913 milyard manat) 71,7 faizini və ya Azərbaycanın bütün banklarının cəmi öhdəliklərinin ümumi həcminin (46,382 milyard manat) 63,25 faizini təşkil edir.