Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan banklarınln sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb - FinFly

2025-ci ilin iyunun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,668 milyard manat təşkil edib.

FinFly Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 10 milyon manat (0,4 faiz) artıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 83 milyon manat (3 faiz) azalıb.

Sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 2,658 miyard manat, ötən ilin iyunun 1-nə isə 2,751 milyard manat təşkil edib.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib.