
2024-cü ildə Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 8 milyard 103,9 milyon manat proqnoza qarşı icra 8 milyard 894,2 milyon manat (790,3 milyon manat və yaxud 9,7 faiz çox), 2023-cü illə müqayisədə isə 766,5 milyon manat və yaxud 9,4 faiz çox icra olunub.
FinFly "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 95,7 faizi və yaxud 8 milyard 515,7 milyon manat qeyri-neft-qaz, 4,3 faizi və yaxud 378,5 milyon manatı neft-qaz sektorunun payına düşüb.
ƏDV üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 3 milyard 647,9 milyon manat proqnoza qarşı 4 milyard 285,1 milyon manat (637,2 milyon manat və yaxud 17,5 faiz çox) təşkil edib.
ƏDV üzrə dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906,6 milyon manat təşkil edib ki, bu proqnozla müqayisədə 608,7 milyon manat və yaxud 18,5 faiz, 2023-cü illə müqayisədə isə 592,7 milyon manat və 17,9 faiz çoxdur.
Proqnozdan artıq hesablanmış məbləğdən 409,1 milyon manat və yaxud 11,7 faiz artıq təmin edilmiş vəsait, 2023-cü illə müqayisədə artım isə qeyri-neft ÜDM-nin real artım tempinin 2023-cü illə müqayisədə 6,2 faiz, eyni zamanda qeyri-neft sektoru üzrə ƏDV-yə cəlb olunan dövriyyənin artması olub.
Belə ki, ƏDV tutulmalı dövriyyə 2023-cü illə müqayisədə tikinti sektoru üzrə 836,5 milyon manat və yaxud 4,4 faiz, nəqliyyat sektoru üzrə 1 milyard 108 milyon manat və yaxud 13,7 faiz, pərakəndə ticarət üzrə 1 milyard 223,6 milyon manat və yaxud 6 faiz, topdansatış ticarət üzrə 858,8 milyon manat və yaxud 4 faiz, bank və sığorta sektoru üzrə 1 milyard 62,6 milyon manat və yaxud 15,6 faiz artıb. Dövriyyələrin artmasının nəticəsi olaraq, tikinti sektoru üzrə 154,7 milyon manat və yaxud 1,4 dəfə, sənaye sektoru üzrə 58,3 milyon manat və yaxud 13,7 faiz, topdansatış ticarət üzrə 41,8 milyon manat və yaxud 8,5 faiz, pərakəndə ticarət üzrə 21 milyon manat və yaxud 7,6 faiz artıb.
Qeyri-neft-qaz sektoru üzrə ƏDV-nin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2023-cü ilə nisbətən 0,3 faiz bəndi artaraq 4,6 faizə yüksəlib.