
18 Iyl, 2025 13:48
Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 602 min 255 ton buğda idxal edilib.
FinFly bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞ dolları vəsait xərclənib.
Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 216 min 233 ton və ya 56 faiz, dəyər ifadəsi ilə isə 45,482 milyon ABŞ dolları, yaxud da 53,4 faiz artıb.
2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386 min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi.
Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın 1,13 faiziini təşki edib.
Son xəbərlər
-
18 Iyl, 2025
ARDNF İtaliyada şirkətində 49 faizlıq pay alır...
-
18 Iyl, 2025
Azərbaycan buğda idxalını artırıb...