Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir - FinFly

Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində ("CIFIT 2025") Azərbaycan "Invest in Azerbaijan" vahid ölkə stendi ilə iştirak edir.

FinFly İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, Azərbaycan sərgidə ikinci dəfə iştirak edir. Sərgidə Azərbaycanın biznes və investisiya mühiti və imkanları haqqında məlumatlar nümayiş olunur. Bununla yanaşı, stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizin nəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdim olunur.

Həmçinin AZPROMO, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Azərbaycan Dövlət Neft Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual  və çap materiallar təqdim olunur. Bununla yanaşı, stenddə "Made in Azerbaijan" məhsulları nümayiş olunduğu "Azərbaycan Ticarət Ev"ləri guşəsi də təşkil olunub.

Siamendə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti "CIFIT 2025" sərgisini ziyarət edib, Azərbaycan stendi ilə tanış olub.

Sentyabrın 11-dək davam edəcək və 50-dən çox ölkə stendinin yer aldığı sərgiyə 110-dan çox ölkə və regiondan nümayəndə heyətləri iştirak edirlər.