
2025-ci ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 5,7 milyon ton yük, 2,979 milyon sərnişin daşınıb.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,3 faiz azalma, sərnişin daşınmasında isə 16,1 faiz artım müşahidə olunub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 faiz və 5,7 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,5 faizi dəmir yolu, 0,2 faizi hava, 59,2 faizi avtomobil nəqliyyatı, 29,2 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,4 faiz artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4 faiz təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,3 faizi avtomobil nəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Son xəbərlər
-
17 May, 2025
Azərbaycanda ağ neftin istehsalı azalıb...
-
17 May, 2025
Azərbaycan dəmir yolu ilə yükdaşımanı azaldıb...
-
17 May, 2025
Azərbaycan nefti bahalaşıb...
-
17 May, 2025
Azərbaycanda mazut istehsalı 50 dəfədən çox artıb...
-
16 May, 2025
Azərbaycanda nə qədər benzin istehsal olunub?...