Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Dağıstanda zeytun bağı salacaq - FinFly

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti "İsfa" MMC ilə Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

İZİA-dan FinFly-a verilən məlumata görə, memorandumu "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov və Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyev imzalayıblar.

Sənədə əsasən, birinci mərhələdə "İsfa" MMC tərəfindən Dağıstan Respublikasının Dərbənd rayonunda cari ilin payızında 100 hektarlıq ərazidə zeytun bağı salınacaq. Zeytun bağının salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən ümumilikdə 165 min ədəd tingdən istifadə olunacaq.

Həmçinin, sözügedən bağın suvarma sisteminin qurulması da "İsfa" MMC tərəfindən həyata keçiriləcək.

İkinci mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur.

Sözügedən sənədin ümumi dəyəri 7 milyon manata yaxındır.