Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan Donald Trampın Qəzza üzrə sülh planını alqışlayır - FinFly

Azərbaycan ABŞ prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması üzrə sülh planını alqışlayır.

FinFly xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

"Biz ABŞ prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq.

Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir.

Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar".