Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib - FinFly

Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib.

FinFly Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 11-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri və Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı qəbul edib.

Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, Bank tərəfindən müxtəlif sahələrdə maliyyələşdirilən layihələrin və göstərilən texniki yardımların ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə Bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrası davam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlara dair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.