Dünyanın səyahət və turizm sahəsində ixtisaslaşmış nüfuzlu və məşhur Wanderlust Magazine beynəlxalq jurnalı 2025-ci ildə səyahət üçün tövsiyə edilən ən yaxşı istiqamətlərin siyahısını açıqlayıb.
FinFly xəbər verir ki, siyahının ilk üçlüyündə Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Alberta (Kanada) və Azərbaycan yer alıb.
Bu il səyahətçilərin diqqətini çəkəcək əsas məkanlar arasında Kolumbiya, Dubronvik (Xorvatiya), Malayziya, Sinqapur, Uluṟu-Kata Tjuṯa (Avstraliya) və Vilnüs (Litva) da var.
Bundan başqa, ABŞ-da Florida, Tennessi, Şimali Karolina və Missisipi, eləcə də Ər-Riyad (Səudiyyə Ərəbistanı), Qətər, Almaniya, Bermud, Namibiya və Uruqvay kimi məkanlar da 2025-ci ildə kəşf edilməli istiqamətlər arasında göstərilir.
Məşhur səyahət jurnalının siyahısında həmçinin Salzburq və Vyana (Avstriya), Sloveniyanın kiçik qəsəbələri, Özbəkistan və Ruanda kimi unikal turistik məkanlar da yer alıb.
Siyahıya daxil olan istiqamətlər öz tarixi, mədəniyyəti, təbiəti və müasir turizm imkanları ilə fərqlənir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
