Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan elektrik enerjisi ixracını 36 artırıb - FinFly

2025-ci ilin ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 301,5 milyon kVt/saat təşkil edib.

FinFly-ın xəbərinə görə, bu barədə Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Məlumata əsasən, 2024-cü ilin yanvar-fevral ayı ilə müqayisədə 79,9 milyon kVt/saat və ya 36 faiz çoxdur.

Hesabat dövründə ölkəyə elektrik enerjisinin idxalı 19,5 milyon kVt/saat təşkil edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyon kVt/saat və ya 40 faiz azdır.

Bu ilin fevral ayında Azərbaycandan elektrik enerjisinin ixracı 39,4 milyon kVt/saat və ya 36,9 faiz  artaraq 146,1 milyon kVt/saat təşkil edib.

Ötən ay Azərbaycana elektrik enerjisinin idxalı 8,4 milyon kVt/saat təşkil edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,1 milyon kVt/saat və ya 37,8 faiz  azdır.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 221,6 milyon kVt/saat, idxalı isə 32,5 kVt/saat olub. Ötən ilin fevral ayında isə elektrik enerjisinin idxalı 13,5 milyon kVt/saat, ixracı isə 106,7 milyon kVt/saat təşkil edib.