Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür - Nazir - FinFly

Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir.

FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin artımı üzərində qurmayıb.

"Azərbaycan regionda sabitlik faktorudur. Ticarət fəaliyyəti bizim üçün çox önəmlidir. Lakin enerji sahəsində biz ticarət edən deyil, hasilat həyata keçirən ölkəyik. Bu baxımdan, biz qiymət sıçrayışlarından deyil, daha proqnozlaşdırıla bilən və dayanıqlı bazar şəraitindən faydalanırıq. Enerji qiymətlərindəki artım Azərbaycanın mövqeyini fundamental olaraq dəyişmir. Makroiqtisadi və makrofiskal vəziyyətimiz çox güclüdür", - deyə qeyd edib.

Cabbarovun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in təxminən 100 faizinə bərabərdir.

"Hazırkı şəraitdə dövlətin əsas vəsaitləri işğaldan azad olunmuş ərazilərin bərpasına, məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdışını təmin etməyə, şəhər və kəndlərin infrastrukturunun qurulmasına yönəldilib. Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və sabit olması istiqamətində qətiyyətliyik", - deyə əlavə edib.