18 Snt, 2025 17:43
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyon 532 min ABŞ dolları dəyərində 5 min 407,8 ton "AI-92" markalı avtomobil benzini ixrac edib.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ixracın əsas həcmi Əfqanıstanın payına düşüb – bu ölkəyə 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,7 ton benzin tədarük edilib.
Hesabat dövründə Gürcüstana 803,8 min ABŞ dolları dəyərində 1 min 93,6 ton, Türkiyəyə isə 1 milyon 96,9 min ABŞ dolları dəyərində 2 min 16,6 ton benzin tədarük edilib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
