09 Apr, 2025 22:56
Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
FinFly-ın məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub.
Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) yarışın bürünc medalına sahib çıxıblar.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
